Futbol üzrə Slovakiya yığmasının yarımmüdafiəçisi Yan Qrequş AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, ötən gecə İordaniya ilə yoldaşlıq oyunundan (5:1) sonra yerli federasiyanın rəsmi saytına açıqlama verən 28 yaşlı futbolçu bunları söyləyib:

“İordaniya ilə matçın xüsusilə ilk hissəsində rəqib bizə narahatlıq yaratdı. Onlar yaxşı müdafiə olundular və nəticədə qol da vurdular. Penaltini vurmaq üçün məsuliyyəti üzərimə götürdüm və topu qapıya göndərdim. Şadam ki, zərbəm dəqiq alındı. Aəzrbaycanla oyuna gəlincə, düşünürəm ki, onlar da İordaniya kimi əsaən müdafiədən oynayacaqlar. Hesab edirəm ki, bu rəqibə də qol vurub, qələbə qazana bilərik”.

İyunun 11-də 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Slovakiya matçına saat 20:00-da start veriləcək.

Shares: