Futbol üzrə Macarıstan yığma komandasının baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

– Oyun arzuladığınız kimi alındı?
– Bəzi epizodlarda əziyyət çəkdik. Bu, daha çox birinci hissədə oldu. İkinci hissədə isə daha yaxşı çıxış etdik. Artıq növbəti oyun da beynimizdə canlanıb.

– David Holmanın oyununu bəyəndiz?
– Onun oyununu bəyənirəm. Daha aqressiv, daha effektiv olması lazımdı. Belə olduğu təqdirdə, daha fayfalı ola bilər.

– Oyunun sonunda nə baş verdi? Hakim nə üçün sizi texniki zonadan kənarlaşdırdı? 
– Oyun ərzində bəlkə də, cəmi 2 dəfə ərazini keçmişəm. Futbol bir neçə dəqiqə içərisində dəyişə bilər. Biz futbol oynayırıq. Hakimlər bunu nəzərə almalıdılar. Bu, çox emosional oyundu. Baş məşqçi də hər zaman təzyiq altındadı. 

– Azərbaycan millisi sizi nə iləsə təəccübləndirə bildi?
– Futbolçuların oyuna köklənməsi yaxşı idi. Bu oyunda Mahir Emreli və Dmitri Nazarovun təhlükəli oyununu gözləyirdik. Məni təəccübləndirə bilmədi, hər şey gözlədiyim kimi idi.

– Matçı izləyənlər arasında Macarıstanın baş naziri də vardı. Matçdan sonra onunla görüş oldu?
– Heç bir danışıq olmadı. Bizim federasiya rəhbərinin burda olduğunu bilirdim, baş nazirin oyunu izləməsindən xəbərim yox idi. (komanda.az)

Shares: