“Milan” Avropa Liqasında iştirakdan imtina etmək istəyir.
Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, sözügedən klub UEFA ilə razılaşma əldə edib. Sabah bu barədə rəsmi açıqlama veriləcəyi bildirilir.
“Milan” turnirdə oynamaqdan imtina etsə, onun yerinə Avroliqanın qrup mərhələsində “Roma” çıxış edəcək.
Qeyd edək ki, dekabr ayında UEFA “Milan”ı maliyyə feyr-pley qaydalarına riayət etmədiyi üçün Avropa Liqasında əldə edəcəyi 12 milyon avro gəlirdən məhrum etmiş və növbəti mövsüm üçün heyətə yaşı 21-dən artıq oyunçu daxil etməmək cəzası vermişdi.