​"Neftçi"nin Moldovada "Sperantsa" komandası ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu müəyyənləşib. Bu qarşılaşma iyulun 11-də Kişinyovdakı "Zimbru" stadionunda təşkil olunacaq.
 
Nisporenı klubunun rəhbərliyi öncədən görüş üçün Orgeyevdəki idman kompleksini sifariş etmişdi. Lakin "Petrokub"un ilk görüşünü səfərdə keçirməsinə dair UEFA-nın qərarından sonra "Sperantsa" paytaxt stadionunda oynamağa qərar verib.
 
Qeyd edək ki, cavab görüşü iyulun 18-də "Bakcell Arena"da olacaq.
Shares: