“Futbolinfo”nun daha bir xəbəri rəsdiqləndi. Belə ki, "Səbail" Yevgeni Koçuku yenidən heyətinə qatmağı bacarıb. Moldova millisinin 26 yaşlı yarımmüdafiəçisi komandanın dünəndən yollandığı Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışına qatılacaq.
Koçuk ötən mövsüm bitəndən sonra yenidən "Səbail"dən gedərək daha güclü kluba keçmək istəsə də, bu, alınmayıb. Moldovalı Azərbaycana qayıdarsa, yalnız "Səbail"də çıxış etmək fikrindədi.