Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq. 

Futbolinfo.az xəbər verir ki, “köhlən atlar” bu mərhələni keçsələr, “Dandalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ” “Partizani” səddini keçə bilməsə, mübarizəyə Avropa Liqasında davam edəcək. Ağdam təmsilçisi AL-in 2-ci mərhələsində “Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Shares: