“Səbail” müqaviləsinin müddəti bu yay bitən moldovalı futbolçusu Yevgeni Koçukla yenidən razılıq əldə edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda Koçukla klub arasında yeni 1 illik müqaviləyə imza atıldığı diqqətə çatdırılıb.

Moldova millisinin 26 yaşlı yarımmüdafiəçisi tezliklə komandanın təlim-məşq toplanışında olduğu Bolqarıstanın Bansko şəhərinə yollanacaq və yeni mövsümün hazırlığına başlayacaq.
 
Qeyd edək ki, bu, Yevgeninin "Səbail"ə 3-cü gəlişidi. O, ilk dəfə 2017/18 mövsümünün qış fasiləsində Slovaliyanın "Jilina" klubundan 6 aylığa icarəyə gəlmişdi. Mövsüm bitəndən sonra "Jilina"ya qayıdan futbolçu az sonra müqaviləsini pozaraq Bakı təmsilçisinə bu dəfə sərbəst futbolçu kimi gəldi və 1 illik imzaladı. Koçuk ötən mövsüm bitəndən sonra yenidən "Səbail"dən gedərək daha güclü kluba keçmək istəsə də, bu, alınmayıb.

Shares: