Futbol üzrə Amerika kubokunda qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ötən gecə B qrupunda ikinci turun iki oyunu keçirilib.
Kolumbiya millisi Zapatanın 86-cı dəqiqədə vurduğu qolla Qətəri məğlub edib və liderliyini qoruyub.
İlk turda Kolumbiyaya məğlub olan Argentina millisi isə bu dəfə Paraqvayla qollu bərabərə qalıb – 1:1.
Amerika kuboku
B qrupu
Kolumbiya – Qətər 1:0
Qol: Zapata, 86.
Argentina – Paraqvay 1:1
Qol: Messi, 57-pen – Sançes, 37.