“Neftçi” Türkiyədə təlim-məşq toplanışını davam etdirir.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi hazırlıq prosesinin 5-ci günündə iki məşqə çıxıb. 

Səhər məşqi fiziki təmrinlərə, axşam məşqi isə toplu çalışmalara həsr olunub.

Topuk yaylası bölgəsində yerləşən "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşan "ağ-qaralar” bu gün qardaş ölkədə ilk yoxlama oyununu keçirəcək. Rusiyanın "SKA-Xabarovsk” klubu ilə Hendek Atatürk stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

 

Shares: