"Qarabağ" Avstriyada yay təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk günü iki məşqlə başa vurub.
Günün ikinci məşqi Bakı vaxtıyla 20:00-da başlayıb və 90 dəqiqə davam edib. İlk məşqdən fərqli, komanda toplu çalışmaları yerinə yetirib və ikitərəfli oyunla məşqi tamamlayıb.
Qeyd edək ki, "Qarabağ" Avstriya toplanışı çərçivəsində 4 yoxlama görüşü keçirməyi planlaşdırır.