“Qarabağ” futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı “Partizani” (Albaniya) klubuyla və 2-ci mərhələyə yüksələcəyi təqdirdə də ev oyununu “Dalğa Arena”da keçirəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb 21-27 iyul tarixləri arasında baş tutacaq Avropa Gənclər Yay Olimpiya Festivalının Azərbaycanda keçirilməsidi. Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.