Hollandiyanın “Ayaks” klubu baş məşqçisi Erik ten Haqın müqaviləsinin müddətini artırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssislə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalanıb.

2017-ci ildən “Ayaks”ı çalışdıran ten Haqın əvvəlki müqaviləsi 2020-ci ilin yayına qədər idi.

Shares: