Bir həftə sonra – iyunun 26-dakı matça böyük maraq var idi. Tofiq Bəhramov adına stadionun tribunalarına 12 min futbolsevər toplaşmışdı. Türkiyəli İlhami Kaplanın start və final fiti arasındakı 90 dəqiqədə 90 dəfə ölüb-dirildik. Səviyyə fərqi aşkar idi, komandaların komplektləşməsi baxımından çox geri qalırdıq. Amma əzmkarlıq, meydanın hər qarışı uğrunda mübarizə aparmaq “Qarabağ”ın əsas silahı idi.
 
Ağayev cavab matçının start heyətində dəyişiklik etməmişdi, sadəcə, əvəzetmələr fərqli idi: Vurğun Quliyev – Səttar Əliyev, Elşad Əhmədov, Vasif Haqverdiyev, Zaur Qarayev – Vüqar Quliyev (Mais Əzimov, 32), Vəli Hüseynov, Elmir Xankişiyev (Alim Qurbanov, 51), Təbriz Həsənov – Müşfiq Hüseynov (Yaşar Hüseynov, 84), Yalçın Bağırov.
 
Kəsəsi, “Qarabağ” 2 oyunda cəmi 14 futbolçudan yararlandı, ehtiyat qüvvə də yox idi. Eyni oyunçular mövqe həmkarını əvəzləyir, hansısa sistem, taktika dəyişikliyinə imkan olmurdu.
 
Rəqib hesabı 8-ci dəqiqədə açdı. Benadonun qolu ümumi hesabın bərabərləşməsi ilə nəticələndi. Artıq Hayfada dubl edən Müşfiq ciddi nəzarətdə idi, “Qarabağ” 82 dəqiqə ərzində hesabı qoruyub, səfər qolu sayəsində qazandığı üstünlükdən faydalanmalıydı. Rəqib ilk matçda forma geyməyən əsas oyunçuları da Bakıya gətirmişdi və daha yaxşısına ümid etmək çətin idi. Sonralar məşhur ulduz olan Yossi Benayunun bu dəfə meydanda olması faktı kifayət idi.
 
Matç indiyədək yadımdadı. Vüqar Quliyevin hələ fasiləyədək zədələnməsi həm də təzyiqə dözməməsi ilə bağlı idi. Bu səviyyəli oyunlara, belə sürətə, tempə hər orqanizm dözmürdü. “Qarabağ” isə dözdü. Xüsusilə son dəqiqələr qonaqların böyük təzyiqi ilə yadda qaldı. Lakin cütün qalibi ağdamlılar oldu və növbəti mərhələdə Fransa “Monpelye”si ilə oynamaq hüququ qazandılar.
 
(davamı olacaq)
 
FƏRİD
 
65123761 601867070300931 2762078049125007360 n.jpg? nc cat=110& nc oc=AQlTcEeqRQ1AOb1gFFWevKfOAYbFTTtMLlnffNFoE6wR4AJNrtT3gxWU2oVfUHemWfM& nc ht=scontent.fgyd4 1 - Futbolinfo.az
Elşad Əhmədov klub bayrağının "kölgəsində"
Shares: