“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi Boyan Zaqoviçlə anlaşıb. 30 yaşlı qapıçı ilə 1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, çernoqoriyalı əlcək sahibi bundan öncə “Berane”, “Srvena Stiyena”, “Radniçki”, “Banat”, “Marsonia 1909”, “Rieka”, “Timok”, “Metalaq Qornji Milanovaç”, “Novi Pazar”, “Radniçki Nis”, “Rad” və “Baçka” klublarında çıxış edib.
Xatırladaq ki, "Zirə" buna qədər Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, və Nicat Süleymanovu da heyətinə cəlb edib.