Futbol üzrə Amerika kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə Argentina yığması Venesuela ilə qarşılaşıb. Lionel Messi və komanda yoldaşları inamlı qələbə sayəsində növbəti mərhələyə yüksəliblər. Argentina yarımfinalda Braziliya ilə üz-üzə gələcək.

1/4 final mərhələsinin digər görüşündə Kolumbiya millisi ilə Çili üz-üzə gəlib. Əsas vaxtı qolsuz bitən matçda Çili penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Çilinin rəqibi isə Uruqvay – Peru matçının qalibi olacaq.

Amerika kuboku
1/4 final mərhələsi

27 iyun

Braziliya – Paraqvay 0:0 (penaltilər – 4:3)

28 iyun

Venesuela – Argentina 0:2
Qol: L.Martines, 10. Lo Çelso, 75.

Kolumbiya – Çili 0:0 (penaltilər – 4:5)

29 iyun

23:00 Uruqvay – Peru

Shares: