Futbol üzrə İtaliya milli komandasının sabiq üzvü Alberto Akvilani karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçinin özü məlumat yayıb.
Son klubu İspaniyanın “Las Palmas”ı olan Akvilani, 2018-ci ilin yayından işsiz idi.
“Roma”nın yetirməsi olan Akvilani, “Liverpul”, “Milan”, “Yuventus”, “Fiorentina” kimi klubların da şərəfini qoruyub. O, 38 dəfə də İtaliya millisinin formasını geyinib.