İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Antonio Valensiyanın yeni iş yeri məlum olub.

Futbolinfo.az xəbər verir ki, 33 yaşlı müdafiəçi “LDU Kito” klubuna transfer olunub. Bu barədə Ekvador təmsilçisinin rəsmi saytı məlumat yayıb. Valensiya yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

2009-cu ildən “Mançester Yunayted”də çıxış edən Valensiyanın “qırmızı şeytanlar”la müqaviləsi iyunun 30-na qədər idi.

Shares: