Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, yeni mövsümdən Super Liqada mübarizə aparacaq paytaxt təmsilçisi seneqallı qapıçı Abdulaye Diallonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.
Hazırda Seneqal yığmasıyla Afrika Millətlər Kubokunda mübarizə aparan qapıçı, turnir başa çatdıqdan sonra yeni klubunun təlim-məşq toplanışına qatılacaq.
Dialo 2016/17 mövsümündə Türkiyənin “Rizəspor” klubunda da forma geyinib.
Qeyd edək ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmaz da “Gənclərbirliyi”ndə çıxış edir.