Yunanıstanın PAOK klubu baş məşqçisi Razvan Luçesku ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Razvanın müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
50 yaşlı mütəxəssis PAOK-u 34 il sonra Yunanıstan çempionu etmişdi. O, Mirça Luçeskunun oğludur.
Yunanıstan mətbuatı Razvanın Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”ı çalışdıracağını iddia edib.