Argentina millisi Amerika kubokunun 1/4 final mərhələsində Venesuelanı məğlub edərək (2:0), yarımfinala yüksəlib.
Futbolinfo.az xəbər verir ki, sözügedən qarşılaşma Argentina millisinin üzvü Anxel Di Maria üçün əlamətdar olub. Bu barədə Argentina Futbol Federasiyasının rəsmi “tvitter” hesabı məlumat yayıb.
Venesuela ilə matç Di Marianın milli formada 100-cü oyunu olub. Oyunun 2-ci hissəsində meydana daxil olan yarımmüdafiəçi, Argentina millisi ilə 100 və daha çox oyun keçirən 6-cı futbolçu olub.
Argentina millisi Amerika kubokunun yarımfinalında Braziliya ilə qarşılaşacaq.