Ukraynanın “Aleksandriya” klubu Hollandiyadakı təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi sözügedən kollektiv Hollandiyanın “AZ Alkmaar” komandası ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Paşayev əvvəlki yoxlama oyunlarından fərqli, bu görüşün iştirakçısı olmayıb.

Shares: