Belçikanın “Standard” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Lyej təmsilçisi “İnter”dən Sinyo Vanheusdeni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Standard” Vanheusden üçün “İnter”ə 12,5 milyon avro təzminat ödəyəcək. Müdafiəçi son mövsümü məhz “Standard” klubunda icarədə keçirib.
Vanheusden 21 yaşadək futbolçulardan ibarət Belçika millisinin də üzvüdür.