“Monako”nun futbolçusu Andrea Racci klubdan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
35 yaşlı müdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib.
2012-ci ildən “Monako”da çıxış edən Racci, son mövsümdə 11 oyunda iştirak edib.