Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi son ölkə çempionu PSJ-də çıxış edən Timoti Veanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əfsanəvi futboçu, 1995-ci ildə "qızıl top"u qazanan, hazırda Liberiyanın prezidenti olan Corc Veanın oğlu ilə 5 illik müqavilə imzalanıb. 19 yaşlı hücumçunun transferi “Lill”ə 10 milyon avroya başa gəlib.
PSJ-nin yetirməsi olan Vea, ötən mövsümün ikinci yarısını icarə əsasında Şotlandiya "Seltik"ində keçirib. O, atasından fərqli olaraq, Liberiyanın yox, ABŞ millisinin şərəfini qoruyur.