Futbol üzrə Qazaxıstan çempionatında 16-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Jetısu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Turu xal itkisi ilə başa vuran “Astana”nın xal itkisindən maksimum yararlanan “Tobol” hazırda 38 xalla 12 kollektiv arasında zirvədə qərarlaşıb.