Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin sonuncu turunun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
A qrupunun lideri Misir millisi bu dəfə Uqandanı 2 cavabsız qolla məğlub edib. Qrupun digər matçında isə Konqo Zimbabveni 4 cavabsız qolla məğlub etsə də, ilk iki turda 4 xal toplamış Uqanda ikinci yerlə növbəti mərhələyə yüksəlib.
B qrupunda sürpriz nəticə qeydə alınıb. İlk dəfə qitə birinciliyində mübarizə aparmaq hüququ qazanan Madaqaskar, favoritlərdən sayılan Nigeriyaya 2 cavabsız qolla qalib gələrək qrupdan lider kimi çıxıb. Qvineya isə Burundini oxşar hesabla məğlub etməklə qrup üçüncülərindən biri kimi növbəti mərhələyə vəsiqə qazanmaq şansını saxlayıb.
Afrika Millətlər Kuboku
30 iyun
A qrupu
Uqanda – Misir 0:2
Qol: Salah, 36. El Məhəmmədi, 45.
Zimbabve – Konqo 0:4
Qol: Bolinqi, 4. Bakambu, 34; 65-pen. Assombalonqa, 78.
Misir – 9, Uqanda – 4, Konqo – 3, Zimbabve – 1.
B qrupu
Burundi – Qvineya 0:2
Qol: Yattara, 25; 52.
Madaqaskar – Nigeriya 2:0
Qol: Nomenjanahari, 13. Andriamahitsinoro, 53.
Madaqaskar – 7, Nigeriya – 6, Qvineya – 4, Burundi – 0.