21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, final oyununda İspaniya və Almaniyanın müvafiq yaş qrupundan ibarət yığmaları qarşılaşıb. 

Həlledici görüşdə 2:1 hesablı qələbə qazanan ispanlar AÇ-2019-un qalibi olublar.

Qeyd edək ki, bu, İspaniya millisinin 21 yaşadək futbolçular arasında Avropa çempionatında 5-ci çempionluğudu.

AÇ-2019
Final

30 iyun

İspaniya – Almaniya 2:1
Qol: F.Ruis, 7. Olmo, 69 – Amiri, 88.

Shares: