İtaliyanın “Roma” klubu müdafiəçisi Kostas Manolası “Napoli”yə satıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 

28 yaşlı futbolçu yeni komandası ilə 5 illik müqavilə bağlayacaq. Neapol klubunun bu transferi tezliklə rəsmən açıqlaması gözlənilir.

İtaliya mətbuatının yazdığına görə, Yunanıstan yığmasının üzvü olan Manolas Neapol klubunda ilinə 4.5 milyon avro qazanacaq. "Napoli" bu transfer üçün "Roma"ya 36 milyon avro təzminat ödəyib.

Shares: