Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Türkiyə millisinin müdafiəçisi Ozan Kabakı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Geridə qalan mövsümün nəticələrinə görə elitanı tərk etmək məcburiyyətində qalan “Ştutqart”da çıxış edən Ozan, yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. "Şalke" 19 yaşlı mərkəz müdafiəçinin transferi qarşılığında "Ştutqart"a 15 milyon avro təzminat ödəyib.

“Qalatasaray”ın yetirməsi olan Ozan Kabak “Ştutqart”a bu ilin yanvar ayında transfer olunmuşdu.

Shares: