Yunanıstanın PAOK klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, geridə qalan mövsümü çempion kimi başa vuran klub, sabiq futbolçusu Miroslav Stoxu geri qaytarıb. Bu barədə PAOK-un rəsmi saytı məlumat yayıb.
Son iki mövsümü Çexiyanın “Slaviya” (Praqa) klubunda keçirən Stox, Yunanıstan çempionu ilə 3 illik müqaviləyə imza atıb.
Slovakiya millisinin yarımmüdafiəçisi 2013/14 mövsümündə də PAOK-da çıxış edib. Stox Türkiyənin “Boluspor”, “Fənərbaxça”, İngiltərənin “Çelsi”, Hollandiyanın “Tvente” klublarında da forma geyinib.
Stox geridə qalan mövsümdə “Slaviya” ilə 49 oyuna çıxıb, 14 qol vurub.