“Qarabağ” klubunun ispaniyalı yarımmüdafiəçisi Miçel Azərbaycan millisinə cəlb oluna bilər.
Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “la nueva Espana” portalı məlumat yayıb. Məlumatda bildirilir ki, 34 yaşlı futbolçu AFFA-dan təklif alıb.
Gələn il Miçelin Azərbaycanda yaşamasının 5 ili tamam olacaq. FİFA-nın qaydalarına əsasən, bu, futbolçunun həmin ölkənin yığmasında oynamasına imkan verir.
Miçel bir müddət əvvəl “Qarabağ”la müqaviləsinin müddətini 2 il müddətinə uzadıb.
AFFA iki il əvvəl “Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeydanı milliləşdirib.