Rusiyanın “Krılya Sovetov” klubu ilə müqaviləsinin müddəti başa çatan Ramil Şeydayevin yeni iş yeri məlum olub.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu karyerasını Moskva “Dinamo”sunda davam etdirəcək. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Ramilin tibbi müayinədən keçdikdən sonra “Dinamo” ilə rəsmi müqavilə imzalayacağı bildirilir.
Şeydayev son mövsümdə “Krılya Sovetov”un heyətində Rusiya Premyer Liqasında 18 oyuna 4 qol vurub.