İngiltərənin “Çelsi” klubu icarə əsasında komandada çıxış edən Mateo Kovaçiçi birdəfəlik transfer etməyə hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, “zadəganlar” bunun üçün xorvat yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu “Real”a 50 milyon avro ödəyəcək. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Çelsi” Kovaçiçi transfer etdiyini rəsmi saytı vasitəsi ilə də açıqlayıb. Ancaq az sonra bu paylaşım silinib. Böyük ehtimalla bu, transferlə bağlı müəyyən detalların tam həllini tapmaması ilə bağlıdı.

Kovaçiç son mövsümdə “Çelsi”nin heyətində Premyer Liqada 32 qarşılaşmada iştirak edib.

Yeri gəlmişkən, London klubu 5 futbolçusu ilə yollarını ayırıb. “Çelsi”nin rəsmi saytı qapıçılar Robert Qrin, Eduardo, müdafiəçilər Kayl Skott, Qari Keyhill və hücumçu Qonsalo İquaynla vidalaşdıqlarını açıqlayıb. İquaynın icarə, digərlərinin isə müqavilə müddəti başa çatıb.

31 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu “Yuventus” klubuna qayıdıb. İquaynın Turin təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. Ötən ilin yanvarında “Çelsi”yə keçən İquayn, Premyer Liqada iştirak etdiyi 14 oyunda 5 qolla yadda qalıb.

chels - Futbolinfo.az

Shares: