Rusiyanın “Spartak” (Moskva) klubu Avstriya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi bu komanda paytaxtın digər təmsilçisi – Moskva ÇSKA-sı ilə üz-üzə gəlib.

Dörd qolun qeydə alındığı qarşılaşma Ayazın komandasının qələbəsiylə yekunlaşıb – 3:1.

Quliyev də bu matçın iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb.

“Spartak” daha öncə Avstriyada Rusiya Premyer Liqasının digər təmsilçisi “Rostov”la qarşılaşmış və heç-heçəyə razılaşmışdı – 1:1. Ayaz həmin görüşdə də ilk 45 dəqiqədə meydanda olmuşdu.

Shares: