Rusiyanın “Dinamo” (Moskva) klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi paytaxt təmsilçisi Çexiyanın “Slovan” (Liberets) klubu ilə üz-üzə gəlib.

Qarşılaşmanın taleyini bir qol həll edib. Şimanskinin 54-cü dəqiqədə rəqib qapısından keçirdiyi top moskvalılara qələbə qazandırıb.

Ramil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Şeydayev komandasının vurduğu yeganə qolun təşkilində də fəal iştirakı ilə diqqət mərkəzinə düşüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp