İspaniyanın “Selta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi “Penyarol”un uruqvaylı hücumçusu Qabriel Fernandesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 19 nömrəli formanı geyinəcək.

“Defensor Sportinq”in yetirməsi olan Fernandes karyerası ərzində “Serro Largo” və “Rasinq” (Montevideo) klublarının da şərəfini qoruyub geyinib. O, “Penyarol”da 2018-ci ilin yanvar ayından forma geyinirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp