Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Futbolinfo.az xəbər verir ki, Elşad Əhmədovun rəhbərlik etdiyi kollektiv “Zirə” ilə üz-üzə gəlib. 

“Əlincə Arena”nın ev sahibliyi etdiyi oyunda qapılara bütövlükdə 8 qol vurulub. Qarşılaşma isə “Sabah”ın inamlı qələbəsiylə yekunlaşıb.

Yoxlama oyunu
6 iyul

Sabah – Zirə 5:3
Qollar: Emil Qasımov, 8. Elvin Camalov, 18-öz qapısına. Hendrik Eksteyn, 48; 70. Cavid Tağıyev, 89 – Şafik Tiqrudca, 6. Mfo Kqasvane, 20. İlkin Muradov, 84-pen.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp