İspaniyanın “Real Sosyedad” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi “Real”dan Martin Odeqardı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Odeqard 2019/20 mövsümünü icarə əsasında “Real Sosyedad”da keçirəcək.

2015-ci ildə “Real”a transfer olunan Odeqard, “kral klubu” ilə bir oyunda şans qazanıb. Bundan əvvəl üç dəfə icarəyə verilən Odeqard, son mövsümü Hollandiyanın “Vitess” klubunda keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp