İspaniyanın “Alaves” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi “Jirona”nın yarımmüdafiəçisi Pere Ponsu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

“Alaves” bu transferə görə “Jirona”ya 2 milyon avro təzminat ödəyəcək.

İspaniyalı yarımmüdafiəçi yetirməsi olduğu “Jirona”dan başqa 2014-cü ildə icarə əsasında “Olot” klubunun yarım mövsüm şərəfini qoruyub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp