Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Hollandiyanın “Villem” klubunun yarımmüdafiəçisi Atakan Akkaynakı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Türkiyə əsilli Almaniya vətəndaşı olan gənc yarımmüdafiəçi 1 illik icarəyə götürülüb. Amma mövsümün sonunda “Rizəspor” onun transfer hüquqlarına da yiyələnmək şansına malikdi.

Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında bütövlükdə 28 oyuna çıxan Atakan, “Bayer”in yetirməsidi. O, 2018-ci ilin yayında Leverkuzen klubundan ayrılaraq “Villem”lə 3 illik müqavilə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp