Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqanın geridə qalan mövsümün 2-ci pillədə başa vuran və Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanan İstanbul təmsilçisi, “Sivasspor”un hücumçusu Məhəmməd Dəmiri heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.

“Sivasspor”la müqaviləsinin müddəti bu yay başa çatan futbolçu, yeni klubuna azad agent statusunda keçib. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp