Fransanın “Monako” klubu futbolçusu Kevin Ndoramla yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi yarımmüdafiəçisi “Mets” klubuna icarəyə göndərib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ndoram qarşıdakı mövsümün sonunadək “Mets”in uğurları üçün çalışacaq.

“Monako” qapıçı Loik Badiaşile, müdafiəçilər Julien Serrano və Julian Byankonu da icarəyə göndərib. Bu üç oyunçu isə qarşıdakı mövsümü Belçikanın “Serkl Brügge” klubunda keçirəcək.

Qeyd edək ki, “Monako” ilə “Serkl Brügge” klubları arasında xüsusi əməkdaşlıq müqaviləsi mövcuddu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp