Fransanın “Sent Etyen” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Barselona”dan Serxi Palensiyanı transfer edib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə müddəti 2023-cü ilə qədər olan müqavilə imzalanıb.

“Sent Etyen” Palensiya üçün “Barselona”ya 2 milyon və 1 milyon avro da bonus ödəyəcək. “Barselona”nın yetirməsi olan Palensiya son mövsümü icarə əsasında Fransanın “Bordo” klubunda keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp