Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi TFF 1-ci liqaya vəsiqə qazanan “Fatih Karagümrük”dən  Ufuk Akyolu və  “Bodrumspor”dan Harun Kavaklıdereni transfer edib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə 5 illik müqavilə imzalanıb. 

22 yaşlı Ufuk Akyol dayaq yarımmüdafiəçisidi. 21 yaşlı Harun Kavaklıdere isə sağ cinahda oynayır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp