Türkiyənin “Qazişəhər Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, yeni mövsümdən Super Liqada mübarizə aparacaq klub, Junior Moraisi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rumıniyanın “Styaua” klubundan transfer olunan braziliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

32 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın “Freamunde” və Rumıniyanın “Astra” klublarında da forma geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp