“Valensiya”nın futbolçusu Toni Lato karyerasını Hollandiyada davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 21 yaşlı müdafiəçi PSV klubuna keçib. Bu barədə Erediviziya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lato 2019/20 mövsümünü icarə əsasında PSV-də keçirəcək.

21 yaşadək futbolçulardan ibarət İspaniya millisinin üzvü olan Toni, son mövsümdə La Liqada 28 qarşılaşmada iştirak edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp