Futbol üzrə Rusiya Super Kubokunun qalibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, həlledici qarşılaşmada ötən mövsümün çempionu "Zenit"lə ölkə kubokunun son qalibi "Lokomotiv" üz-üzə gəlib.

Moskvadakı "VTB Arena"da keçirilən matç "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsiylə nəticələnib.

Bununla da "Lokomotiv" həmin titula 3-cü dəfə sahib çıxıb. Moskvalılar bundan əvvəl 2008 və 2015-ci illərdə də "Zenit"i məğlub edərək, ölkə Super Kubokuna yiyələniblər.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp