Futbol üzrə Rumıniya Super Kubokunun qalibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, həlledici qarşılaşmada ötən mövsümün çempionu "ÇFR Kluj" ilə ölkə kubokunun son qalibi "Vitorul" üz-üzə gəlib.

Qarşılaşmanın taleyini 1 qol həll edib. Matçın başa çatmasına 4 dəqiqə qalmış Andrey Arteanın vurduğu top Georgi Hacinin baş məşqçisi olduğu “Vitorul”a qələbə qazandırıb – 1:0.

Bununla da “Vitorul” tarixində ilk dəfə Rumıniya Super Kubokunun qalibi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp