Qazaxıstanın "Astana" klubunun baş məşqçisi Roman Qriqorçuk vəzifəsindən kənarlaşdırıla bilər.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun rəhbərliyi komandanın son nəticələrindən narazıdır.

Bu səbəbdən "Astana"nın Çempionlar Liqasının I təsnifat mərhələsində Rumıniya ÇFR-i ilə oyunu ukraynalı mütəxəssis üçün son şans olduğu bildirilir. Komanda rəqibini keçə bilməsə, Qriqorçukun qovulacağı iddia edilir. Onun əvəzləyicisinin isə həmyerlisi Yuri Vernidub olacağı qeyd olunub.

Xatırladaq ki, Roman Qriqorçuk 2015-2018-ci illərdə "Qəbələ"ni çalışdırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp