“Speranta”nın yarımmüdafiəçisi Alişer Mirzoyev Moldova mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, "moldfootball.com" saytına danışan rusiyalı futbolçu Avropa Liqasının 1-ci təsnifat mərhələsində iyulun 11-də "Neftçi" ilə keçirəcəkləri oyundan da söz açıb.

– “Speranta”nı Avropa Liqasında mübarizəyə hazır sayırsız?
– Hə, biz hazırıq. Komandada yaxşı atmosfer hökm sürür. Hamı meydana çıxıb, döyüşməyə hazırdı.

– Şəxsən siz ilk oyunun səfərdə deyil, evdə olmasına sevinirsiz?
– Əlbəttə, Avropa Liqasında debüt oyununu evdə keçirmək yaxşıdı. Biz bundan maksimum şəkildə istifadə etməyə və sərfəli nəticə qazanmağa çalışacağıq. Ümid edirəm ki, bizi dəstəkləmək üçün stadiona çoxlu azarkeş gələcək. Çünki onların dəstəyinə ehtiyacımız var. Fürsətdən istifadə edib, bütün futbol azarkeşlərini stadiona dəvət edirəm. Onları sevindirmək üçün mümkün olan hər şeyi edəcəyik.

– Rəqiblə bağlı hansı informasiyaya sahibsiz? "Neftçi"nin transferləri və yoxlama oyunları ilə bağlı xəbərləri izləyirsiz?
– Bizə deyilənlərdən xəbərdarıq. Onların transferlərini və yoxlama oyunlarını izləmək isə bizim işimiz deyil. Öz oyunumuza köklənmişik. Bunun üzərinə işləyirik və hazırlaşırıq.

– Oyunu izləmək üçün "Zimbru" stadionuna gələcək azarkeşlər komandadan nə gözləyə bilərlər?
– Öz adımızdan deyə bilərəm ki, qələbə qazanmaq üçün hər şeyi edəcəyik, meydanda var gücümüzü ortaya qoyacağıq. Azarkeşlər bizi irəli səsləyəcəklər. Biz isə öz oyunumuz və sərfəli nəticə ilə onları sevindirəcəyik.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp